Qərbin Cənubi Qafqazla oyunu davam edir. Bir tərəfdən Ermənistanı Azərbaycana qarşı revaşizmə sürükləyir, digər tərəfdən regionda sülh yaratma kimi qeyri-səmimi münasibət sərgiləyir.
Newscenter.az-ın xəbərinə görə, Qərbin regionla bağlı planlarından danışan QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy deyib ki, Qərb bir yandan Cənubi Qafqazda Azərbaycan əleyhdarı yanaşmanı gücləndirirken, digər yandan da Gürcüstan ilə Ermənistanı yaxınlaşdırıcı addımlar atır:
"Bu əməkdaşlığın hərbi istiqaməti isə xüsusilə önə çıxmağa başlamışdır. Fransız hərbi texnikasının Gürcüstan üzərindən nəql edilməsi bunun nümunələrindəndir. Ermənistanın silahlandırılmasında Gürcüstan yolunun fəallığının artması təhlükəsi çox ciddi şəkildə artıb. Çünki ABŞ və AB Ermənistanı silahlandırmaq üçün yeni qərarlar alırlar. Digər yandan bu günlərdə Gürcüstan müdafiə naziri Ermənistana səfər edərək əməkdaşlığı müzakirə edib. Bu məqam da özü özlüyündə ciddi təhlükə siqnalıdır. Bu prosesləri Azərbaycan olaraq diqqətdə saxlamaqda və lazımi tədbirləri görməkdə fayda var!".
Anar Əliyev