Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu qətl təkcə Müşfiq Atakişiyevlə bitmir

Bu qətl təkcə Müşfiq Atakişiyevlə bitmir


Bu günlərdə Təfəkkür Universitetinin prorektoru, mərhim Tariyel Əhmədovun ölümü ilə bağlı yeni detalların ortaya çıxması cəmiyyətdə ciddi rezonans doğurub. Məşhur kriminalistlər, hüquqşünaslar sözügedən qətlə bağlı müxtəlif versiyalar səsləndirirlər.

Newscenter.az-ın xəbərinə görə, tanınmış kriminalist İlqar Altay bildirib ki, bu qətl təkcə M. Atakişiyevlə bitmir, bu işdə onun yuxarı himayəçilərinin də əli olmamış olmaz:

"M. Atakişiyev belə təhlükəli cinayət əməlinə çox çətin ki, öz şəxsi cürəti ilə addım atsın. Həmin himayə də, indiyədək onu bu şikayətlərdən quruyub, üstəlik, AMEA kimi yüksək elm ocağında yüksək yerdə yerləşdirib, yəqin ki. Hüquq-mühafizə orqanlarının gec də olsa, bu agrılı məşhur qətli ifşa etməsi müsbət haldır, ancaq, istintaq fikrimcə genişlənməlidir". O hesab edir ki, Təfəkkür Universitetinin prorektoru, Tariyel Əhmədovun qəsdən öldürülməsi faktının və bunun da, həmin dövrdə orada rektor işləmiş Müşfiq Atakişiyevin sifarişi ilə baş verməsinin müəyyən edilməsi heç də təəccüblü hal deyil.

İlqar Altay deyib ki, bu barədə mərhumun doğmalarının şikayətləri, cəmiyyət içində söhbətlər, dövrü mətbuatdakı məlumatlar çoxdan, onun qətl edildiyi 2011-ci ildən dövriyyədə idi:

"Bu hal barədə bir neçə dəfə mənim də çıxışlarım, araşdırma yazılarım olub. Tariyel müəllimin guya ki, idman edərkən yıxılıb başı daşa dəyməsindən ölmə versiyasını inkar etmiş və sifarişli qətl olmasını yazmışam. Ağır çəkili yaşlı adam o sürətlə qaça bilməz ki, yıxılıb başı daşa dəysin, belə ağlr travma üçün.

Qeyd də edim ki, Tariyel müəllimlə 1986-cı ildə mən Gədəbəydə işləyən dövr "Kamillik" verilişi tv aparıcısı kimi rayona qonaq gələndən yaxın tanış olmuşuq. Təfəkkür Univeritetində və sair yerlərdə görüşlərimiz, söhbətlərimiz olub. Çox savadlı, nitqli, mülayim həm intellektli insan idi. O zamankı rektor, indi AMEA-nın İqtisadiyyat İnstitutunun icraçı direktor vəzifəsindən azad edilərək həbs edilən M.Atakişiyevlə aralarında gərgin mübahisəli vəziyyət haqqında danışırdı".

Anar Əliyev
Xəbəri paylaş