Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Filippində güclü zəlzələ, ölən və yaralananlar var

Filippində güclü zəlzələ, ölən və yaralananlar var


Filippində güclü zəlzələ baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin cənubundakı Burias bölgəsində baş verən zəlzələnin gücü 6,7 bal olub.

Zəlzələ nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yerin 78 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentrinin Buriasdan 26 kilometr cənub-qərbdə olduğunu bildirilir. Yeraltı təkanlar bölgədə bəzi binalara ziyan vurub, elektrik enerjisi qismən kəsilib.

Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Anar TAGİYEV
Xəbəri paylaş