Finlandiya Rusiya ilə bütün sərhədini bağlamağı düşünür.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Finlandiyanın maliyyə naziri və baş nazirin müavini Riikka Purra belə bir açıqlama ilə çıxış edib.
Nazir Rusiya sərhədindəki 9 keçid məntəqəsindən 4-nün bağlanması ilə bağlı dünən qəbul edilən qərarın sərhəddəki vəziyyəti normallaşdırmağa kömək etmədiyi təqdirdə əlavə addımlar atmağa hazır olduqlarını bildirib.
Qeyd edək ki, Finlandiya ölkəyə qaçqın axınının qarşısını almaq üçün noyabrın 18-dən etibarən Rusiya ilə sərhədindəki 9 keçid məntəqəsindən 4-nü bağlamağa qərar verib.
Anar TAGİYEV