İsrail Qəzzada əməliyyatları davam etdirdiyi bir vaxtda HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları yenidən Təl-Əvivi hədəfə alıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, axşam saatlarında HƏMAS-ın Təl-Əvivə raket hücumları başlayıb. Məlumata görə, İsraildə vətəndaşlar üçün həyəcan siqnalı verilir. HƏMAS-ın atdığı raketlərin Təl-Əvivdə bir sıra binalara zərər vurduğu bildirilir.
Raket zərbələrinin qarşısını almaq üçün İsrail Dəmir Qübbə Sistemini işə salıb.
Mehman Mehdiyev