Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailli girovların ailələri Prezident Ərdoğandan kömək istəyir

İsrailli girovların ailələri Prezident Ərdoğandan kömək istəyir


HƏMAS-ın əlində saxlanılan israilli girovların ailələri tərəfindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, israilli ailələr HƏMAS-ın girovluğunda olan yaxınlarının azad edilməsi məqsədilə Türkiyə liderindən kömək istəyiblər.

Türkiyə prezidentinə sözügedən məktub İsraildəki Girovlar və İtkin Ailələr Forumu tərəfindən göndərilib.

"Ağrı və iztirablara səbəb olan bu böhrana müdaxilə etmək üçün sizdən kömək istəyirik. Uşaqlarımız, arvadlarımız, ərlərimiz, valideynlərimiz oğurlandıqdan sonra onlarla ünsiyyət qura bilmirik. Bizə kömək etmək üçün unikal bir mövqedə olduğunuza inanırıq",-deyə məktubda qeyd edilir.

Anar TAGİYEV
Xəbəri paylaş