Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Dnepr çayının sol sahilindəki bəzi əraziləri nəzarətə götürüb

Ukrayna Dnepr çayının sol sahilindəki bəzi əraziləri nəzarətə götürüb


Ukrayna Ordusu Dnepr çayının sol sahilindəki bəzi əraziləri nəzarətə götürüb.

Newscenter.az Ukrayna mediasına istinadən bildirir ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığının facebook hesabında bu barədə açıqlama verilib. Açıqlamada Xerson bölgəsində Rusiya ordusuna qarşı uğurlu əməliyyatların aparıldığı bildirilib.

Bölgədəki qarşıdurmalarda 1200-dən çox rus əsgərinin öldüyü, 2200-dən çox rus əsgərinin isə yaralandığı bildirilən açıqlamada Rusiya ordusuna aid 24 tank, 48 zirehli texnika və 89 silahın məhv edildiyi iddia edilib.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı bəyan edib ki, Rusiyanın qaçmaqdan başqa yolu yoxdur.

Mehman Mehdiyev
Xəbəri paylaş