"Yeniləşən məktəb" layihəsinə cəlb olunan 20 məktəbin müəllimləri üçün təşkil olunan təlimlər davam edir.
Newscenter.az[/b] xəbər verir ki, təlimlərin əsas məqsədi məktəblərdə metodiki işin səmərəli təşkilinə töhfə vermək, həmçinin yeni təlim strategiyalarının tətbiqinin genişləndirilməsini təşviq etməkdən ibarətdir.
4 istiqamət üzrə keçirilən təlimlərdə müəllimlərə dərsləri səmərəli təşkil etmək üçün praktik bacarıqlar və texnikaların öyrədilməsi nəzərdə tutulur.
İlk olaraq iştirakçılara “Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri; təlim nəticələri; dərs üçün təlim məqsədlərinin müəyyənləşdirilməsi” və “Təlim strategiyaları” mövzularında təlimlər keçirilib.
Növbəti günlərdə isə “Qiymətləndirmə və rəyvermə” və “Səmərəli dərsin təşkilinə verilən əsas tələblər; keyfiyyətli dərsin meyarları” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdnindəki Təlimə Dəstək Mərkəzinin (TDM) metodistləri tərəfindən keçirilən təlimlərdə müəllimlər öyrəndiklərini tətbiq etməyə imkan verən fəaliyyətlərə cəlb olunurlar.
[b]R.Mehdiyeva