“Ermənistan və Azərbaycan üçün münasibətlərin nizamlanması region üçün son dərəcə vacibdir”.
Newscenter.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter deyib.
ABŞ-ın ATƏT-dəki səfiri vurğulayıb ki, Ermənistan-Azərbaycan danışıqlarında imkanlar pəncərəsinin bağlandığını hesab etmir.
"Danışıqlar prosesinin sabit cədvəlini qurmayacağam. Bütün tərəflərin bölgədəki davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün səylərini iki dəfə artırması zəruridir, çünki bu, insan hüquqları və demokratiyanı qorumaq üçün son dərəcə vacibdir”, - M.Karpenter deyib.
Onun sözlərinə görə, ABŞ-da hesab edirlər ki, Ermənistan və Azərbaycan üçün münasibətlərin nizamlanması son dərəcə vacibdir ki, regionda sülh və sabitlik olsun, nəqliyyat kommunikasiyaları açılsın.
"İnanırıq ki, bu bölgədəki sülh və sabitlik hamının maraqlarına cavab verir, xüsusən Birləşmiş Ştatların.
Buna görə də, əlimizdə olan vasitələrlə bu vəzifəni asanlaşdırmağa çalışacağıq. Ümid edirik ki, tərəflər də bunun onların maraqlarına uyğun olduğunu başa düşürlər", - Karpenter qeyd edib.