Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Newscenter-az Jalə Əhmədovanın Deputat Qərargahına istinadən xəbər verir ki, qəbulda şəhid ailələri, qazilər və digər rayon sakinlərinin problemləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb.
Bildirilib ki, görüş zamanı seçiciləri ən çox narahat edən məsələlər barədə qeydiyyatlar aparılıb. Millət vəkili görüşdə qaldırılan problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi əsirgəməyəcəyimi bildirib. O da qeyd edilib ki, seçicilər işsizlik problemi ilə yanaşı, həm də Salyan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən şikayətləniblər.
Rayonun əsas səhiyyə ocağında baş verən proseslər və xoşagəlməz hallar barədə çoxsaylı vətəndaş şikayətlərini təəssüf hissi keçirdiyinini vurğulayan millət vəkili, Salyan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin deyilənlərdən nəticə çıxaracağına və şikayətlərin aradan qaldırılması üçün müvafiq addımlar atacağına ümidvar olduğunu bildirib.
R.Mehdiyeva