Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda 25 yaşlı gənci qətlə yetirən, meyiti ferma ilə birlikdə yandıran şəxs çoban olub

Tovuzda 25 yaşlı gənci qətlə yetirən, meyiti ferma ilə birlikdə yandıran şəxs çoban olub


Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Newscenter.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.

Hadisəni Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.

Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş