Belçika və Azərbaycan milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyunu başlayıb.
Newscenter.az bildirir ki, “Report”un Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, “Kinq Baudouin” stadionundakı qarşılaşma nəzərdə tutulduğundan 2-3 dəqiqə gec start götürüb.
Buna Azərbaycan Himninin yalnış səsləndirilməsi səbəb olub. Səhv aradan qaldırıldıqdan sonra matç başlayıb.
Görüşü macarıstanlı FIFA referisi Gerqo Boqar idarə edir.
Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb. Qrupun digər matçında İsveç doğma azarkeşlər önündə Estoniya ilə üz-üzə gəlir.