Azərbaycan millisinin ötən gün Belçikaya 5:0 hesabıyla məğlub olması cəmiyyətdə, xüsusilə də futbolsevərlər arasında ciddi etiraza səbəb olub. Əksəriyyət mövcud duruma görə AFFA rəhbərliyi və milli komandanın baş məşqçisini günahkar hesab edərək onların vəzifədən getməsini tələb edir. Newscenter.az xəbər verir ki, elə Nazim Cəfərsoy da bu qənaətdədir.
Onun sözlərinə görə, son 30 ildəki performansa baxaraq qiymətləndirmə etsək Azərbaycan futbolunun həm ümumi vəziyyəti, həm də yığmanın durumu faciəvidir. Nazim Cəfərsoy bildirib ki, AFFA və millinin mövcud baş məşqçisi vəzifədən getməlidir:
"Milliyə uzun müddətli və strateji inkişaf planı olan yerli məşqçi başçılıq etməlidir. İkincisi, Azərbaycan yığmasının həm də 10 nəfərlə FİFA dünya reytinqində 23-cü sıradakı İsveçi 3-0 udması uğurdur. Davamlı uğur olmasa, İsveçin iddiası olmasa da, bizim kimi adi qələbəyə və beynəlxalq arenada xala möhtac komanda üçün uğurdur".
Nazim Cəfərsoy, "Azərbaycanın səfərdə FİFA dünya sıralamasında 5-ci sırada olan Belçikaya 5-0 uduzması isə normaldır. Biz bu nəticəyə görə məncə, futbolçulara çox yüklənməyək",-deyə bildirib.
Anar Əliyev