Azərbaycan və Qazaxıstan arasında informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb.
Newscenter-az xəbər verir ki, sənədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Samir Rəsulovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində imza atılıb.
Memorandum informasiya təhlükəsizliyi sahəsində, xüsusən də informasiya təhlükəsizliyi insidentlərinə cavab tədbirləri baxımından qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlib.
Bildirilib ki, əməkdaşlığın inkişafı sayəsində kompüter hücumlarının nəticələrinin müəyyən edilməsi və aradan qaldırılması hallarında qarşılıqlı səylər, texniki və insan resursları birləşdiriləcək.
Sona