Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev vəfat edib

Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev vəfat edib


Rusiya Federasiyasının Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş, Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev 80 yaşında vəfat edib.

Newscenter.az-ın məlumatına görə, bu barədə Kemerovo vilayətinin rəhbəri Sergey Tsivilev bildirib.

"1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi insan, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat edib. Bu, ağır itkidir. Regionumuzun həyatında bütöv bir dövr Aman Qumiroviçlə bağlıdır", - o qeyd edib.

Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Anar TAGİYEV
Xəbəri paylaş