Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir

Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir


Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilir.

Newscenter.az xəbər verir ki, iki gün ərzində baş tutacaq toplantıda qonaq ölkələrin iştirakı ilə interaktiv panel müzakirələri təşkil olunacaq.

Tədbirə Ombudsman Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva və deputatlar qatılıblar.

Tədbir iştirakçıları arasında həmçinin BMT, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların nümayəndələri, Türkiyə, Özbəkistan, Türkmənistan, Sudan, Rusiya, İndoneziya, Misir, Venesuela, Fələstin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Keniya, İran, Belarus, Mərakeş, Küveyt, Uqanda, Nepal, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Kuba, Malayziya, İordaniya, Meksika kimi ölkələrin təmsilçiləri də yer alırlar.

Anar Əliyev
Xəbəri paylaş