Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il ən azı 17,6 milyon uşaq aclıq içində doğulacaq

Bu il ən azı 17,6 milyon uşaq aclıq içində doğulacaq


"Bu il 17,6 milyondan çox uşaq aclıq içində doğulacaq".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Böyük Britaniyada yerləşən “Save The Children” qeyri-hökumət təşkilatı yayıb.

"Save The Children" təşkilatının Ümumdünya Uşaqların Müdafiəsi Günü ilə bağlı hazırladığı hesabatdsa qeyd edilir ki, bu göstərici 10 il əvvəllə müqayisədə 22 faiz artım deməkdir.

Hesabatda bu cür təhlükəli halın 95 faizinin Afrika və Asiyada baş verəcəyi bildirilib.

Təhlildə əhalisinin ən azı 25 faizinin xroniki aclıqla üzləşdiyi Konqo Demokratik Respublikası bu il qida çatışmazlığı ilə doğulan körpələrin ən çox olduğu ölkə kimi xarakterizə edilib. Həmçinin qeyd edilib ki, təxminlər bu il sözügedən ölkədə 5 yaşdan kiçik təxminən 6,6 milyon uşaq qida çatışmazlığından əziyyət çəkəcək.

Anar TAGİYEV
Xəbəri paylaş