Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova noyabrın 21-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində millət vəkili “Kişilər və qadınlar arasında bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.
Sona