Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva Səudiyyə Ərəbistanına səfər edib

Könül Nurullayeva Səudiyyə Ərəbistanına səfər edib


Milli Məclisin deputatı Könül Nurullayeva VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komitəsinin rəhbəri kimi Səudiyyə Ərəbistanına səfər edib.

Newscenter.az xəbər verir ki, Könül Nurullayeva həmkarları ilə birgə Ər-Riyad şəhərinə səfəri çərçivəsində Yaşıl İdman Salonu, Şahzadə Faysal bin Fahad Stadionu, Alaval Park Stadionu, Kral Səud Arenası və s. kimi idman komplekslərinə baş çəkib.

"Mövcud vəziyyətlə yaxından tanış olduq. Qeyd edə bilərəm ki, dünya standartlarına uyğun inşa olunan komplekslərin əksəriyyətində müxtəlif idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkün olacaq",-deyə Könül Nurrullayeva bildirib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş