Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Leysan yağışlar və sel 21 nəfərin ölümünə səbəb oldu

[center]Leysan yağışlar və sel 21 nəfərin ölümünə səbəb oldu[/center

Dominikan Respublikasında aramsız yağışlar daşqınlara səbəb olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, daşqınlar Dominikanda 21 nəfərin həyatına son qoyub. Həlak olanların 4-ü ABŞ, 2-si Haiti vətəndaşıdır.

Ölkənin Fövqəladə Hallar Mərkəzinin yaydığı məlumata görə, leysan yağışlar və daşqınlar kənd təsərrüfatı və fərdi evlərə güclü ziyan vurub. Belə ki, 1583 ev daşqınlardan zərər çəkib, 7 min 915 nəfər təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qalıb.

14 əyalətdə qırmızı həyəcan elan edilib. Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakət nəticəsində həyatını itirənlər üçün 3 günlük milli matəm elan edib.

Anar TAGİYEV
Xəbəri paylaş