"İki gündür ki, Türkiyə ərazisində fırtına və soyuq hava şəraiti müşahidə olunur. Dənizdə baş verən fırtına səbəbindən bir çox gəmi şirkətləri çətinliklərlə üz-üzədir. Bu havada dənizdə olan bütün gəmiçiləri diqqətli olmağa və özlərini qorumağa cağırıram".
Newscenter.az xəbər verir ki, bu fikirləri Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov səsləndirib. Şirkət rəhbəri daha sonra fikirlərinə belə davam edib:
"Bu saata qədər çox şükürlər olsun ki, “Palmali” donanması heç bir problemlə qarşılaşmayıb. Hamı sağ və salamatdır. Təəssüflər olsun ki, Rusiyadan gələn bir yük gəmisi batıb, 1 dənizçi suda boğularaq dünyasını dəyişib, 11 nəfərdən isə hələ də xəbər yoxdur. İnşallah, qısa zamanda onlardan xəbər alarıq və hər biri sağ-salamat ailəsilə qovuşmaq sevincini yaşayar".
Mübariz Mənsimov, "Ona görə bir daha bütün gəmiciləri bu təbii fəlakətə qarşı möhkəm dayanmağı və diqqətli olmağa cağırıram",-deyə vurğulayıb.
Anar Əliyev