Qızılca xəstəliyinə yoluxma və bu səbəbdən ölüm halları son illərdə kəskin dərəcədə artıb.
Newscenter.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən bildirir ki, bu barədə məlumat ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin (CDC) hazırladığı hesabatda əksini tapıb.
Hesabatda qeyd edilir ki, qqızılcaya yoluxma və bu səbəbdən ölüm halları 2021-2022-ci illər arasında daha çox müşahidə edilib. Statistikaya əsasən, 2021-ci ildə qeydə alınan 7,8 milyon yoluxma halı bir sonrakı il ərzində 9,2 milyona yüksəlib. Ümumən, qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Bu da sözügedən xəstəlikdən ölənlərin sayının 95 mindən 136 minə yüksəldiyi deməkdir.
Anar TAGİYEV