Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixçi yazar vəfat etdi

Tarixçi yazar vəfat etdi


Tarixçi yazar, eyni zamanda təqaüdçü səfir Bilal Şimşir dünyasını dəyişib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, keçmiş diplomat 90 yaşında Ankarada vəfat edib. Bilal Şimşir Türkiyə Cümhuriyyətinin tarixi ilə bağlı fəaliyyəti, eləcə də məsuliyyətli, vəzifəsinin öhdəsindən layiiqncə gələn diplomat kimi tanınırdı.

Qeyd edək ki, 1957-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Münasibətlər şöbəsini bitirdikdən sonra bu fakültənin Diplomatiya tarixi kafedrasında professor vəzifəsində çalışan Şimşir, 1960-cı ildə Xarici İşlər Nazirliyində işə başlayıb. O, Türkiyənin Paris, Dəməşq, London və Haaqa səfirliklərində baş katib və müşavir vəzifələrində çalışıb. Həmçinin, Şimşir Türkiyə Xarici İşlər Nazirliyində şöbə müdiri, müdir müavini vəzifələrində işləyib.

Anar TAGİYEV
Xəbəri paylaş