Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın günlərdə Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək

Yaxın günlərdə Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək


Yaxın günlərdə Azərbaycan və İraq arasında iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü zamanı məlumat verilib.

Prezident İlham Əliyev İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş