"Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası, bu gün böyük bir ordunu xatırladır"
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşən Azərbaycan vətəndaşları atdıqları addımın məsuliyyətini dərk edir, cənab Prezidentin imzası olan üzvlük vəsiqəsini şərəf duyaraq daşıyırlar:
"Partiya ətrafında birləşən yüz minlərlə insan bununla həm də dövlətimizin başçısının yanında olduqlarını nümayiş etdirirlər.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparıcı siyasi qüvvə olaraq bütün fəaliyyətini xalqa və dövlətə həsr edən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafı və qüdrətlənməsi naminə inamla addımlayır. Ulu öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, düzgün qərarları nəticəsində bugünkü Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir, ordumuz və ordumuzun gücü özündən söz etdirir".
"Qalib ölkənin qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müəllifliyi ilə Azərbaycan özünün şanlı səhifəsini yazmaqda davam edir",-deyə deputat bildirib.
R.Mehdiyeva