Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada büdcə böhranı dərinləşir

Almaniyada büdcə böhranı dərinləşir


Almaniyada ciddi şəkildə büdcə böhranı yaşanır.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, büdcə böhranı səbəbindən Almaniyada bütün nazirliklərin əlavə xərcləmələri müvəqqəti olaraq dondurulub.

Ölkənin Maliyyə Nazirliyinin büdcədən məsul müşaviri Verner Gatzerin bütün nazirliklərə göndərdiyi məktubda federal büdcədə gələcək xərc öhdəliklərinin müvəqqəti olaraq dondurulduğu bildirilib.

Gatzerin məktubunda nazirliklərin tələb etdiyi xərclərə fərdi hallarda icazə veriləcəyi vurğulanıb.


Natiq Orucov
Xəbəri paylaş