ADA Universitetində multikulturalizmə həsr olunmuş “Mədəniyyətləri birləşdirən ölkə” mövzusunda konfrans keçirilir.
Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycanda yaşayan müxtəlif etnik qruplara, onların adət-ənənələrinə həsr olunmuş film nümayiş etdirilib.
Konfransda Gənclər Təşkilatları Milli Şurası tərəfindən ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların nümayəndələrinə həsr olunmuş elektron jurnal təqdim olunub.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edib.
Bildirib ki, Azərbaycanda yaşayan bütün etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır: “Onlar hər an Azərbaycanı müdafiə etməyə hazırdırlar və bu, bizim gücümüzdür”.
Sona