Cari ilin yanvar-oktyabr aylarında Trabzona 446 min 476 xarici ölkə vətəndaşı gəlib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə azdır. Belə ki, qeyd edilən dövrdə Trabzona 684 min 130-u xarici turist gəlib. Ümumilikdə isə, keçən il 531 min 907-si yerli olmaqla 1 milyon 216 min 37 turist gəlib.
Yanvar-oktyabr dövründə Trabzon Hava Limanına 62 ölkədən 3 min 685 uçuş həyata keçirilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə şəhərə beynəlxalq uçuşların sayında 26 faiz artım olub.
Ötən ilin yanvar-oktyabr dövründə beynəlxalq terminala 366 min 349 nəfər gəldiyi halda, bu ilin eyni dövründə sərnişin sayı 22 faiz artaraq 446 min 476-ya çatıb.
Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan gələn turistlərin əksəriyyəti Trabzonda qalıb.
Natiq Orucov