"HƏMAS İsraillə atəşkəs barədə razılıq əldə etməyə yaxındır".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı HƏMAS lideri İsmayıl Haniyə verib. Haniyə İsraillə atəşkəs razılaşmasına gəlməyə yaxın olduqlarını və cavablarını bu məsələdə vasitəçilik edən Qətərə çatdırdıqlarını söyləyib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın hərbi qanadının İsrailə raket hücumundan sonra Təl-Əviv Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Anar TAGİYEV