"Hizbullah" tərəfindən İsrailin hərbi zavodu və iki hərbi məntəqəsinə hücumlar təşkil edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə "Hizbullah" özü məlumat yayıb.
Hücumdan sonra zavodda yanğının başladığı bildirilib. "Hizbullah" başqa bir açıqlamada İsrailin Beytül-Helil hərbi məntəqəsini "Katyuşa" raketi ilə vurduğunu açıqlayıb. Bundan başqa İsrailin Avivim qəsəbəsindəki evlərdən birində gecələyən israilli əsgərlərin idarə olunan raketlə vurulduğu bildirilir.
Anar TAGİYEV