Birləşmiş Ştatlarda növbəti dəfə silahlı insdent yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ohayo ştatındakı supermarketlərdən birinə silahlı hücum olub. Hücum nəticəsində 4 nəfər yaralanıb
Yerli polisin verdiyi açıqlamada, təcavüzkarın ABŞ-ın ən böyük zəncir supermarketi olan Walmartın filialına girdiyi və atəş açaraq 4 nəfər yaraldığı bildirilib.
Hücum edənin daha sonra intihar etdiyini bildirən polis yaralıların vəziyyəti ilə bağlı məlumat verməyib.
Hadisə ilə bağlı istintaq davam edir.
Mehman Mehdiyev