Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh müqaviləsi Ermənistana Azərbaycana lazım olduğundan daha çox lazımdır

Sülh müqaviləsi Ermənistana Azərbaycana lazım olduğundan daha çox lazımdır


"Ermənistanın sülh müqaviləsi ətrafında oynadığı çoxbaşlı lüzumsuz oyunlar məsələnin həllini dalana aparıb çıxarır. Ermənistan baş naziri N.Paşinyanın son dövrlərdə sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi bəyanatları, səsləndirdiyi fikirlərə baxanda bu adamın nə istədiyini başa düşmək mümkün olmur. Hətta erməni siyasətçiləri və media mənsubları belə etiraf edirlər ki, Paşinyan dünən bir söz, bu gün isə tamamilə başqa bir söz deyir. Onun bu davranışının əsas səbəbi odur ki, adamın öz mövqeyi yoxdur. O bu gün ortada qalıb. Bilmir kimin sözünə qulaq assın. O səbəbdən dünən bir söz, bu gün başqa bir söz deyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov səsləndirib. O bildirib ki, bu gün sülh müqaviləsi ilə bağlı Azərbaycan hökumətinin atdığı bütün addımlar və göstərdiyi təşəbbüslər doğru və düzgündür:

"Qalib ölkə söz sahibidir və qələbədən sonra bütün sərhədlərinə nəzarəti bərpa edib. İndi sülh müqaviləsi Ermənistana Azərbaycana lazım olduğundan daha çox lazımdı. Ermənilər başa düşməlidilər ki, Azərbaycanın şərtlərini qəbul edib, sülh müqaviləsini imzalamadıqları hər gün onların ziyanına işləyir. Onlar üçün gerçəkdən ağıllanmaq zamanı çatıb".

Fikrət Yusifov diqqətə çatdırıb ki, bir zamanlar Qarabağ torpaqlarımızda da çox və çoxdan da çox istəyində bulunurdular və arzuladıqları çoxdan bir qədər azına qane olmaq istəmirdilər:

"Sonda çoxdan çox istəyində olan bu toplum, hər şeydən məhrum oldu. İndi eyni oyunu Ermənistan üçün oynayırlar. Qərbin şirin yalanlarına inanıb Rusiyaya qarşı çıxmağın nə qədər təhlükəli olduğunu anlaya bilmirlər. Unudurlar ki, onlara bu dövləti də bu torpaqları, bu paytaxtı da ruslar veriblər. Unudurlar ki, ruslar çox aqressiv olurlar, onlar xəyanəti heç bağışlamırlar. Bu gün iqtisadiyyatının 80%-ə qədərinin rusların nəzarətində olduğu, ərazisində Rusiyanın bir neçə hərbi bazasının olduğu bir şəraitdə Rusiyaya qarşı bu qədər aqressiya nümayiş etdirmək nə deməkdir? Ermənilər unutmamalıdılar ki, hal-hazırda onların sərhədlərini belə Rusiyanın hərbiçiləri qoruyur. Belə bir şəraitdə sabah Rusiya Ermənistanın daxilində hər hansı hərbi hərəkətlilik edərsə, Fransa və ya ABŞ buna necə qarşı çıxa biləcəkdir? Odur ki, indi Ermənistanın yaranmış durumdan çıxış üçün yeganə doğru yolu Azərbaycan tərəfin şərtlərini qəbul edib, sülh müqaviləsini imzalamaqdan keçir. Sülh müqaviləsini imzalayıb Azərbaycanla və Türkiyə llə sərhədləri açıb, normal iqtisadi əlaqələr qurmaqla, bu dövlət özünü düşdüyü uçrumdan, daha doğrudusu özü-özünü saldığı bataqlıqdan xilas edə bilər. Əks halda Qarabağda yaşanan olayları Ermənistan da yaşayacaqdır. Onsuz da Ermənistanda bu prosses başlayıb. Ermənilər kütləvi şəkildə bu ölkəni tərk edirlər. Ermənistan bir məsələni unutmamalıdı".

Fikrət Yusifov, "Bu gün şirin vədlərlə ermənilərin başının altına yumşaq yastıq qoyan Qərb, ortalıq qarışan kimi aradan çıxacaq. Daha doğrusu, Rusiya Ermənistanı bu davranışına görə cəzalandırmaq istəsə, Qərb bu gün Ukrayna ilə Rusiya arasındakı hərbi münaqişədə olduğu kimi oyun oynayacaq. Ermənistan bunu görməli və bilməlidi. Bu gün pisxoloji durumun ən son həddini yaşayan ermənilər onların düşdükləri durumdan çıxış yolunun Qalib Ölkə Azərbaycanın şərtlərini tam və qeyd-şərtsiz qəbul etmələrindən keçdiyini nəhayət anlamalıdırlar. Yoxsa gec olacaq",-deyə sonda bildirib.

Anar Əliyev
Xəbəri paylaş