Türkiyə daxilində elektrikli avtomobillər üçün cərəyan yığma nöqtələrinin sayı artıb.
Newscenter.az Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən bildirir ki, artıq elektrikli avtomobillər üçün cərəyan yığma nöqtələrinin sayı 10 min 576-ya çatıb.
Bildirilib ki, ötən ilin aprel ayında 4 şirkətin fəaliyyət göstərdiyi elektrik enerjisi yığma xidməti bazarında indi 147 şirkət fəaliyyət göstərir. Hazırda Türkiyənin 81 əyalətində elektrik doldurma məntəqələri var
Türkiyədə hər 5 elektrikli avtomobil üçün təxminən bir elektrik yığma nöqtəsi var. Bu göstəriciyə görə, Türkiyə Aİ ölkələri arasında birinci yerdədir.
Natiq Orucov