Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlu və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası

Uğurlu və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası


“Tarixin çətin dövründə yaranmasına baxmayaraq uğurlu və şərəfli bir yol keçən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 31 il ərzində Azərbaycanı yalnız uğurlara, qələbələrə aparıb. Bu gün Azərbaycan dövləti və xalqı Yeni Azərbaycan Partiyası və onun lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında inamla irəli addımlayır, yeni-yeni nailiyyətlərə imza atır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. Yeni Azərbaycan Partiyasının müstəqilliyin ilk illərində, çətin bir siyasi atmosferdə təsis edildiyini deyən Arzuman Muradlı, o vaxtkı hakimiyyətin ciddi cəhdlə YAP-ın yaranmasına mane olmağa çalışdığını, istər Naxçıvanda, istərsə də regionlarda partiyanın toplantılarının keçirilməsinə əngəllər yaradıldığını diqqətə çatdırıb:

“Lakin başda ümummilli lider Heydər Əliyev olmaqla əqidəli, heç nədən qorxub-çəkinməyən insanlar bütün çətinlikləri dəf edərək Yeni Azərbaycan Partiyasını təsis etməyə nail oldular”.

YAP-ın qısa müddətdə hakimiyyət partiyası olduğunu deyən Arzuman Muradlı bu gün də bu partiyanın sükanı qoruyub saxladığını, bütün seçkilərdə qələbə qazandığını diqqətə çatdırıb. Arzuman Muradlı bunu lider amili ilə əlaqələndirib:

“Zamanında ümummilli lider Heydər Əliyev, bu gün isə onun layiqli davamçısı, Cənab Prezident İlham Əliyev YAP-ı zirvələrə doğru aparır, ona qələbələr, nailiyyətlər qazandırır”.

İctimia birlik sədri deyib ki, bu gün YAP-da Heydər Əliyev ideyaları yaşayır, inkişaf edir və xalqa çatdırılır.

Anar Əliyev
Xəbəri paylaş