Noyabrın 16-na keçən gecə Xırdalan şəhəri ərazisində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Mehman Mehdiyev