Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xorvat diplomat Serbiyadan qovuldu

Xorvat diplomat Serbiyadan qovuldu


Serbiya Xorvatiyanın bu ölkədəki səfirliyində çalışan diplomat Hrvoje Snajderi ölkədən qovub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, rəsmi Belqrad diplomatı casusluq etdiyi səbəbilə ölkədən deportasiya edib.

Serbiya Xarici İşlər Nazirliyinin açıqlamasında casusluq etdiyi üçün diplomat Snayderin “persona non qrata” elan edildiyi bildirilib.


Xorvatiya Xarici İşlər Nazirliyi diplomatın qovulmasına göstərilən səbəblərini rədd edib və bu addımın ikitərəfli münasibətləri korlaya biləcəyini bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş