Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP 31 ildir dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edir

YAP 31 ildir dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edir


Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 31 ili tamam olur. Yarandığı qısa vaxtdan sonra ölkənin hakim partiyasına çevrilən YAP bu gün də eyni statusda qalır.

Newscenter.az-ın xəbərinə görə, hakim partiyanın təsis olunmasının ildönümü ərəfəsində YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışan Milli Məclisin deputatı Hicran Hüseynova deyib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də yaranan, demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 31 ildir dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edir:

"Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək".

Hicran Hüseynova, "YAP dünyanın ən nüfuzlu siyasi partiyaları ilə fəal şəkildə əməkdaşlıq edir. Əməkdaşlığa daim açıq olan YAP partiyalararası nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçərək, siyasi dialoqa öz töhfələrini verir
Dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın bütün üzvlərini təbrik edirəm!",-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş