Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ın keçdiyi inkişaf yolu onun yaradıcısı Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir

YAP-ın keçdiyi inkişaf yolu onun yaradıcısı Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir


Hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 31 ili tamam olur. Ötən 31 ilə nəzər saldıqda aydın şəkildə görürük ki, YAP yalnız və yalnız uğurlar, qələbələr partiyası olub. Elə hakim partiyanın üzvü Şahzadə Qəhrəmanlı da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Şahzadə Qəhrəmanlı deyib ki, ötən 31 il, inkişaf və yüksəliş ili, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. Onun sözlərinə görə, partiyanın keçdiyi inkişaf yolu onun yaradıcısı, Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir:

"Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası respublikada keçirilən bütün seçkilərdə daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. Yeni Azərbaycan Partiyası böyük və şərəfli bir yol keçərək bir-birindən əhəmiyyətli uğurlara imza atmış, dövlətçiliyinin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynamışdır. İctimai həyatın bütün sahələrində ciddi tarixi nailiyyətlər əldə edilmişdir".

Anar Əliyev
Xəbəri paylaş