Türkiyə Fətullahçı Terror Örgütünə (FETÖ) qarşı mübarizəni davam etdirir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu gün terror təşkilatı ilə əlaqədə daha 10 nəfər saxlanılıb. Onlar Yunanıstana qaçarkən tutulublar.
FETÖ-çülər Ədirnədən Yunanıstana qaçmağa cəhd göstəriblər. Lakin Ədirnədə İl Jandarma Komandanlığı qrupları, eləcə də terrorla mübarizə müdirliyi terror təşkilatın üzvlərinin bu planının qarşısını alıb.
FETÖ ilə əlaqədə şübhəli bilinən daha bir nəfərin axtarışları davam edir.
Mehman Mehdiyev