Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10 ayda 170 min avtomobil ixrac edildi

10 ayda 170 min avtomobil ixrac edildi


İxracatda İstanbul, Kocaeli, Bursa, İzmir, Ankara və Qaziantepdən sonra 7-ci yerdə olan Sakarya bu ilin 10 ayında 4 milyard 639 milyon 473 min dollarlıq xarici satış həyata keçirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ən çox ixrac 4 milyard 92 milyon 151 min dollarla avtomobil sahəsində olub. Belə ki, Sakaryada 10 ayda istehsal edilən 217 min 329 nəqliyyat vasitəsinin 78,4 faizi, 170 min 422-si xaricə satılıb.

Avtomobil Sənayesi Dərnəyinin məlumatlarına görə, 10 aylıq dövrdə Türkiyədə istehsal edilən 1 milyon 258 min 751 avtomobilin isə 847 min 728-i ixrac edilib.

Türkiyənin avtomobil ixracatının 20,1 faizini qarşılayan Sakarya, Toyota, Otokar və TürkTraktör kimi istehsalçılarla yüksəlişini davam etdirir.

Natiq Orucov
Xəbəri paylaş