Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ açıq şəkildə Ermənistanı müdafiə etməyə başlayıb

ABŞ açıq şəkildə Ermənistanı müdafiə etməyə başlayıb


"ABŞ son illər açıq şəkildə Ermənistanı müdafiə etməyə başlayıb, bu isə onun vasitəçilik missiyasını artıq sual atına qoyur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, burada məqsəd Azərbaycanı suveren dövlət kimi yürütdüyü müstəqil siyasətdən çəkindirmək və Qarabağ münaqişəsinin gündəmdə qalmasına nail olmaqdır:

"Əslində 30 illik münaqişə dövründə ABŞ-da hər zaman ermənipərəst möve hiss olunub, lakin bunu hardasa balanslaşdırmağa çalışırdılar, indi isə bu xüsusən Azərbaycanın anti-terror əməliyyatından sonra özünü lap açıq şəkildə biruzə verir. Çünki ABŞ görür ki, artıq bu məsələdə Azərbaycan müstəqil hərəkət edir və təkbaşına bu problemi həll edib. ABŞ isə tərəfləri özündən aslı vəziyyətdə saxlamağa çalışır".

Vüqar Əhmədov deyib ki, ABŞ-nın bu canfəşanlığı və münaqişəyə bu qədər maraq göstərməsi əslində sülh istəməsindən qaynaqlanmır:

"Əksinə Ermənistanı və dünya erməniliyini müdafiəsindən irəli gəlir. Artıq vəziyyət o yerə gəlib çatıb ki, əgər əvvəllər ABŞ-da yalnız qanunverici orqan səviyyəsində açıq ermənipərəstlik hiss olunurdusa, Bayden administrasiyasından sonra Ağ Ev bu prosesə aktiv şəkildə qoşulub".

Anar Əliyev
Xəbəri paylaş