Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Azərbaycana növbəti təzyiq vasitəsi

ABŞ-ın Azərbaycana növbəti təzyiq vasitəsi


"Azadlığa Dəstək Aktı" SSRİ dağıldıqdan sonra ABŞ Konqresi tərəfindən yeni yaranmış respublikaların dəstəklənməsi məqsədilə qəbul edilmişdir. Sözügedən qanun layihəsi, keçmiş postsovet ölkələrində bazar iqtisadiyyatına keçidin dəstəklənməsi, həmin dövlətlərdə iqtisadi-siyasi sabitliyin təmin edilməsi və bununla yanaşı iqtisadi böyümənin, yeni iş yerlərinin yaradılması istiqamətində dəstək proqramı kimi təsnif olunmuşdu. İlk baxışdan xeyirhaxlıq nümunəsi kimi görsənən bu addımın ardında ilk öncə ABŞ-ın milli maraqlarının təmini dayanırdı. Və belə bir tarixi-siyasi şəraitdə erməni lobbisinin təzyiqi ilə 1992-ci il oktyabrın 24-də bəlli tezislər əsasında Azərbaycana qarşı ABŞ tərifindən istənilən hərbi yardımları qadağan edən 907-ci düzəliş qəbul edildi.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə son günlər okeanın o tayından Azərbaycana qarşı yönəlmiş təzyiqləri şərh edərkən səsləndirib. O bildirib ki, hazırda da eyni ssenari üzrə proseslər icra olunmaqdadır:

"Azərbaycan və ABŞ arasında münasibətlər gərginləşib və siyasi gərginliyin artan dozası Cənubi Qafqaz regionunda Ermənistan üzərindən qurulan planlarda nəzərə çarpır. Bu məqsədlə iki ölkə münasibətlərində hiss olunan soyuqlaşma daha böyük miqyaslı geostrateji rəqabətin bir parçasıdır. Vaşinqtonun regionda siyasi gündəmi tərtib etmək cəhdləri onun beynəlxalq müstəvidə tək söz sahibi olmaq iddiasının reallaşmaması fonunda cərayan edir".

AVP rəsmisi hesab edir ki, Ağ Ev ayrı-ayrı regionlarda məğlubiyyət yaşadıqca regionda olan gündəliyini aktif hala gətirir:

"Bununla da həm Rusiyaya qarşı, həm də Çinə qarşı müqavimət oxu formalaşdırmağa çalışır və bu gözləniləndir. Bu minvalla Azərbaycan və Ermənistan arasında sülhün ilk dəfə bu qədər yaxın olduğu tarixi şəraitdə ABŞ-da “907-ci düzəliş”dən yenidən siyasi məqsədlərlə Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi müşahidə edilir və bu böyük ölçüdə iki ölkə arasındakı gərginliyin davam etdirilməsi istəyinin içində gizlidir. Ancaq Paris və Vaşinqton ikilisinin üst-üstə düşən maraqlarından dolayı İrəvanı silahlandırması, ikinci üçün xoşagəlməz halların yaşanma risqini artırır. Çünki eyni ssenarini illər öncə Rusiya icra edirdi və təmannasız şəkildə Ermənistanı silahlandırırdı. Nəticə isə göz qabağındadır. İndi də tam əminliklə deyə bilərəm ki, bütün hərbi yardımlar fonunda belə Ermənistanla ölkəmiz arasındakı güc balansını dəyişdirmək iqtidarı yoxdur".

Anar Əliyev
Xəbəri paylaş