Avropanın ardınca Birləşmiş Ştatlarda da anti-Azərbaycan münasibəti özünü təzahür etməyə başladı. Bir neçə gün əvvəl ABŞ Senatında erməniləri müdafiə aktının qəbul edilməsi belə deməyə əsas verir. Elə Milli Məclisin deputatı Tamam Cəfərova da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, millət vəkili deyib ki, anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Deputat xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin geniş vüsət aldığı 1992-ci ildə Xocalı soyqırımı ilə yanaşı, Qarabağın digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi qırğın aktları törədilərkən, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan xalqına qarşı törədilən misilsiz qəddarlıqla həyata kekçirilən vandallığın qarşısını almaq əvəzinə ölkəmizə qarşı 907-ci düzəlişi qəbul etmişdi:
"Bununla da ABŞ hökümətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur".
Anar Əliyev