Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Kanada arasındakı körpüdə partlayış olub

ABŞ və Kanada arasındakı körpüdə partlayış olub


Nyu Yorkda ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb.

Newscenter.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. İnsident Nyu-Yorka gedən “Mercedes Benz” markalı avtomobildə baş verib.

Həmçinin bildirilir ki, hadisə zamanı avtomobildə azı bir nəfər olub, o, partlayışdan əvvəl saxlanılıb.

Nyu-York qubernatoru Keti Xoukul vəziyyəti yaxından izlədiyini söyləyib.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Anar TAGIYEV
Xəbəri paylaş