Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AYİB prezidenti: "İnvestisiyalarımız 2,5 milyard avronu keçəcək"

AYİB prezidenti: "İnvestisiyalarımız 2,5 milyard avronu keçəcək"


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bu il Türkiyəyə yatırdığı investisiyaların həcmi 2,5 milyard avronu keçəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə sözügedən bankın prezidenti Odile Renaud-Basso məlumat verib.

“Türkiyəyə qoyduğumuz sərmayələri hər zaman çox yüksək tutmuşuq və sərmayə qoymağa davam edəcəyik”, deyən AYİB rəhbərliyi dünya ölkələrinin iqtisadi vəziyyətindən də danışıb. Bildirib ki, Avropa iqtisadiyyatında yavaşlama başladığı halda, lakin ABŞ iqtisadiyyatının bir az daha dayanıqlı olduğu müşahidə edilir.

Qeyd edək ki, AYİB-in Türkiyəyə ümumi investisiyaları 19 milyard avronu keçib.

Natiq Orucov
Xəbəri paylaş