Azərbaycan Ədliyyəsinin 105 illik yubileyi münasibətilə Penitensiar xidmətin 2 saylı istintaq təcridxanasının əməkdaşlarının iştirakı ilə Gəncə Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, müəssisənin kollektivi Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib.
Tədbirdə bildirilib ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər ədliyyə-hüquq sisteminin fəaliyyətinə çox böyük önəm verib. Həm sovet, həm də müstəqillik illərində bu sahədə ulu öndərin təşəbbüsü ilə dərin islahatlar aparılmışdı.
Bundan sonra tədbir iştirakçılarının nəzərinə catdırılıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir. Prezidentin tapşırıqlarına uyğun olaraq penitensiar sahədə aparılan islahatlardan, məhkumların saxlanma şəraitinin, tibbi təminatının yaxşılaşdırılması, sosial adaptasiyası ilə bağlı Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə ardıcıl tədbirlər görülür.
NEWSCENTER.AZ