
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.
Newscenter.az-ın məlumatına görə, "Report"un yerli bürosu xəbər verir ki, nümayəndə heyətinə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmilər daxildir.
Onlar Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.