Türkiyədə növbəti dəfə avtobus qəzası olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Muğlanın Seydikemer rayonunda baş verib. Şagirdləri daşıyan mikroavtobusun aşması nəticəsində 9 nəfər xəsarət alıb.
Ətrafdakıların köməkliyi ilə avtomobildən çıxarılan yaralılar təcili-tibbi yardım qrupları tərəfindən Seydikemer Dövlət Xəstəxanasına və Fethiye rayonundakı xəstəxanalara aparılıb.
Yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.
Mehman Mehdiyev