Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi maşın aşdı, yaralılar var

Hərbi maşın aşdı, yaralılar var


Türkiyədə hərbi maşının aşması nəticəsində 6 hərbiçi yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Van vilayətində qeydə alınıb. Belə ki, yolların qarlı və buzlu olması səbəbindən Vanın Başkale rayonunda hərbi maşın aşıb.

İçərisində hərbiçilərin olduğu maşın Vandan Hakkariyə doğru hərəkət edirmiş.

Qəzadan sonra hadisə yerinə jandarma, təcili-tibbi yardım və xilasetmə qrupları sövq edilib. Yaralı əsgərlər təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya göndərilib.

Anar TAGİYEV
Xəbəri paylaş