Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşıqforun daimi qırmızı yanması Bakı-Sumqayıt qatarının gecikməsinə səbəb olub

İşıqforun daimi qırmızı yanması Bakı-Sumqayıt qatarının gecikməsinə səbəb olub


Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların səhər reyslərində cüzi yubanmalar baş verib.

Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, rabitə və işarəvermə sisteminə edilmiş kənar müdaxilələr nəticəsində Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforların daimi olaraq qırmızı yanması nəticəsində qatarların hərəkət qrafikində gecikmələr qeydə alınıb.

Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və hazırda qatarlar mövcud qrafikə uyğun hərəkətlərini davam etdirir.

R.Mehdiyeva
Xəbəri paylaş